IMG-LOGO

Odlar Yurdunun cazı Skandinaviya işıqları altında

28 May 2026 20:31 2 baxış
IMG

Azərbaycan Respublikasının İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov Oslo şəhərində yerləşən "Konserthus" salonunda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbir zamanı tanınmış musiqiçilər Tural Rafael və Ələfsər Rəhimovun rəhbərlik etdiyi caz kvartetinin konsertinin tam videosunu "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Report" xəbər verir ki, diplomat paylaşımında "Odlar Yurdunun cazı Skandinaviya işıqları altında" sözlərini yazıb.

Qeyd edək k, Azərbaycan cazının milli musiqi elementləri ilə müasir improvizasiya ənənələrini birləşdirən ifalar qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Mənbə: report.az

Xəbər lenti