IMG-LOGO

Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb

28 May 2026 19:07 2 baxış
IMG

ABŞ-İran razılaşması fonunda "Brent" markalı neftin qiyməti 20 apreldən bəri ilk dəfə 93 dollardan aşağı düşüb.

"Report" xəbər verir ki, Bakı vaxtı ilə saat 18:13-ə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 1,79% azalaraq barel üçün 92,60 dollar olub.

Bakı vaxtı ilə saat 18:20-yə qədər "Brent" markalı neft 93,99 dollara (0,32% azalma) satılıb.

Eyni zamanda, 2026-cı ilin iyul ayında çatdırılma üçün WTI xam neftinin fyuçerslərinin qiyməti 0,07% azalaraq bir barel üçün 88,62 dollara düşüb.

Mənbə: report.az

Xəbər lenti