ABŞ İranın iki böyük aviaşirkətinin fəaliyyətini bloklamağa çalışacaq.
"Report" xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent danışıb.
"Həmçinin, hər iki əsas İran aviaşirkətinin eniş nöqtələrini, yanacaq doldurma və bilet satışlarını bloklayacağıq", - deyə nazir bildirib.
O, hansı şirkətlərdən danışdığını dəqiqləşdirməyib. İranın ən böyük aviaşirkətləri "Mahan Air" və "Iran Air"dir.
Bessent həmçinin Vaşinqtonun Hörmüz boğazından keçidi tənzimləməkdən məsul olan İranın Körfəz Sahil Təhlükəsizlik İdarəsinə sanksiyalar tətbiq etdiyini təsdiqləyib.
Mənbə: report.az