IMG-LOGO

Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

28 May 2026 16:31 4 baxış
IMG

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatına qələbə ilə start verib.

"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ilk oyununda Avstriya yığması ilə üz-üzə gəlib.

"Tipos Arena"da keçirilən matç Azərbaycan komandasının qalibiyyəti ilə bitib - 1:0.

İsa Atayev 36-cı dəqiqədə fərqlənib.

Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Mənbə: report.az

Xəbər lenti