IMG-LOGO

Perez "Real"ın əleyhinə kampaniya aparanların kimliyini açıqladı

28 May 2026 16:26 3 baxış
IMG
0 0

“Real Madrid”in hazırkı prezidenti Florentino Perez bildirib ki, klub əleyhinə aparılan kampaniyanın arxasında kimin dayandığını müəyyən edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, həmin şəxslərin klubun keçmiş işçiləri olduğunu deyib:

“Artıq bir neçə aydır ki, “Real Madrid”ə qarşı kölgədə aparılan kampaniyanı müşahidə edirəm. Mənim seçkilərə qatılmağa mane olduğum barədə deyilənlər həqiqəti əks etdirmir. Klubun yeganə sahibləri klub üzvləridir.

İndi namizəd ortaya çıxdığına görə, bunun arxasında kimin dayandığını bilirik. Bunlar Ramon Kalderon dövründə klubda olan şəxslərdir. O elə bir prezident idi ki, klub tarixinin ən biabırçı uğursuzluğundan sonra vəzifədən getməli olmuşdu.

Onlar “Real Madrid”ə xidmət etmək üçün deyil, şəxsi maraqları naminə gəlirlər. Mən “Real Madrid”dənəm, digərləri isə mənim onların tərəfində olmağımı istəyirlər”.

İdman xəbərləri futbol xəbərləri

Mənbə: lent.az

Xəbər lenti