IMG-LOGO

Cəmi beş dəqiqəyə ev şəraitində dondurma - 3 inqrediyentdən ideal resept

28 May 2026 14:21 2 baxış
IMG
0 0

İsti mövsüm həm uşaqların, həm də böyüklərin sevdiyi soyuq və ləzzətli dondurmanın vaxtıdır. Bu şirniyyatı ev şəraitində rahatlıqla hazırlamaq olar.

Lent.az bu dondurma reseptini təqdim edir:

Ev dondurmasının çoxsaylı variantları mövcuddur sadə və büdcəyə uyğun reseptlərdən mürəkkəb və daha fərqli dadlara qədər.

Sizə ən sadə və ən dadlı dondurma reseptini təqdim edirik.

Tərkibi:

Qaymaq (slivki) - 600 ml Qatılaşdırılmış süd - 1 banka Vafli korjları (vafli yarpaqları) - 2 ədəd

Hazırlanması:

Qaymağı mikserlə qalınlaşıb möhkəm köpük halına gələnə qədər çalın. Daha sonra qatılaşdırılmış südü əlavə edib kütlə tam homogen olana qədər yenidən qarışdırın. Kvadrat və ya dairəvi soba qabını (vaflinizin formasına uyğun olaraq) perqament kağızı və ya qida plyonkası ilə örtün. Alt hissəyə bir vafli yarpağı yerləşdirin. Hazırladığınız qaymaqlı qarışığı üzərinə töküb bərabər şəkildə yayın və ikinci vafli yarpağı ilə örtün. Bir qədər basdırın və bir neçə saatlıq dondurucuya qoyun. İstəyə görə meyvə ilə və ya əlavəsiz servis edə bilərsiniz.

Mətbəx dondurma

Mənbə: lent.az

Xəbər lenti