IMG-LOGO

İsrailin Livana hava hücumları nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb

28 May 2026 13:50 3 baxış
IMG

Mayın 27-28-də İsrailin Livanın Tir şəhərinə və digər ərazilərə hava hücumları nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb.

"Report" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 27-də Tir şəhərinə zərbə nəticəsində 3 nəfər ölüb, 37 nəfər yaralanıb.

Həmçinin bildirilib ki, İsrailin Livanın cənubundakı Adloun şəhərinə zərəbələri nəticəsində 2 uşaq daxil olmaqla, daha 6 nəfər ölüb.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu Tir sakinlərini şəhərə növbəti hava hücumlarına hazırlıq məqsədilə dərhal təxliyə olunmağa və Zəhrani çayının şimalına getməyə çağırmışdı.

Mənbə: report.az

Xəbər lenti