IMG-LOGO

Böyük Britaniyanın yeni səfiri Azərbaycanı təbrik edib

28 May 2026 12:35 3 baxış
IMG

Böyük Britaniyanın Azərbaycana təyin olunmuş yeni səfiri Dunkan Norman Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.

"1918-ci ilin 28 May tarixində Azərbaycan müsəlman şərqində ilk dünyəvi, demokratik respublika qurdu. Dünyanın böyük bir hissəsi hələ bu ideyaları məmimsəmədiyi bir vaxtda Azərbaycan Demokratik Respublikasında qadınların səs vermək hüququ tanındı, parlament yaradıldı və müasir bir dövlət quruldu. Mən Azərbaycanda yolun hələ ən başındayam. Amma tək bildiyim bir şey var ki, bu ölkə dərin köklərə malikdir və xalq bu tarixi qürurla daşıyır. Müstəqillik Günün mübarək, Azərbaycan! Bir kərə yüksələn bayraq bir daha enməz".

Mənbə: report.az

Xəbər lenti