IMG-LOGO

Səməd Vurğunun avtomobili Azərbaycana gətirildi - VİDEO

28 May 2026 10:37 2 baxış
IMG
1 0

Xalq şairi Səməd Vurğunun 1950-ci ildə aldığı avtomobili Bakıya gətirilib.

Lent.az İTV-yə istinadən xəbər verir ki, Səməd Vurğunun 1950-ci ildə aldığı və sadəcə 5 il istifadə edə bildiyi “Pobeda” maşını olub. Avtomobil uzun illər Gürcüstanda qalıb. Şair bu ölkədə olarkən xəstəliyini hiss etdiyi üçün maşınını xalası oğluna bağışlayıb.

Maşının texniki pasportunda da Səməd Vurğunun adı yazılıb.

Daha ətraflı videonu izləyin:

Mədəniyyət xəbəri Səməd Vurğun avtomobil video

Mənbə: lent.az

Xəbər lenti