IMG-LOGO

"Brent" markalı neft 3 %-dən çox bahalaşıb

28 May 2026 10:45 3 baxış
IMG

Neft qiymətləri səhər mayın 28-i Yaxın Şərqdə vəziyyətin yenidən kəskinləşməsi fonunda 3,5 %-dən çox artıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata əsasən, "London ICE Futures" birjasında "Brent" üzrə iyul fyuçersləri Bəndər-Abbas rayonunda ABŞ və İran arasında qarşılıqlı zərbələr barədə xəbərlərdən sonra 3,41 ABŞ dolları (3,62 %) bahalaşaraq 1 barel üçün 97,7 ABŞ dollarına çatıb.

Bir gün əvvəl "Brent" 5,29 ABŞ dolları (5,31 %) ucuzlaşaraq bir barel üçün 94,29 ABŞ dollarına düşmüşdü.

WTI üzrə iyul fyuçersləri bu vaxta qədər Nyu-York əmtəə birjası NYMEX-in elektron ticarətində 3,37 ABŞ dolları (3,8 %) bahalaşaraq 1 barel üçün 92,05 ABŞ dollarına çatmışdı. Əvvəlki sessiyada isə WTI 5,21 ABŞ dolları (5,55 %) ucuzlaşaraq 1 barel üçün 88,68 ABŞ dollarına düşmüşdü.

"Regiondan neft tədarükləri hələ də məhduddur, əsas mübahisəli məsələlər isə hələ də həll olunmayıb", - ANZ-nin əmtəə strateqi Denyel Hayns qeyd edib.

Mənbə: report.az

Xəbər lenti