Keniyanın mərkəzində qızlar məktəbində baş verən yanğın 16 şagirdin ölümünə səbəb olub.
"Report" xəbər verir ki, bu barədə "BBC News Africa" məlumat yayıb.
Bildirilib ki, azı 74 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Keniya Qızıl Xaç bildirib ki, yanğın barədə məlumat yerli vaxtla mayın 28-də saat 3:30-da daxil olub. Yanğının səbəbləri hələlik müəyyən edilməyib.
"Associated Press"in məlumatına görə, Keniya internat məktəblərində yanğınlar mütəmadi olaraq baş verir. Onların bəziləri qəsdən yandırılır, digərləri isə elektrik naqillərinin nasazlığı ilə bağlıdır.
Keniyanın müasir tarixində ən ölümcül məktəb yanğını 2001-ci ildə baş verib, o zaman Maçakos bölgəsindəki yataqxanada baş vermiş yanğın nəticəsində 67 şagird ölüb.
2024-cü ildə Keniyanın mərkəzindəki məktəbdə baş vermiş yanğında 21 şagird həlak olub.
Mənbə: report.az