IMG-LOGO

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün mübarizəyə başlayır

28 May 2026 09:01 3 baxış
IMG

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunda ilk oyununda Avstriya yığması ilə üz-üzə gələcək.

"Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, mayın 30-da Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Mənbə: report.az

Xəbər lenti