IMG-LOGO

Peru Konqresi dünya azərbaycanlılarını Müstəqillik Günü münasibətilə təbrik edib

28 May 2026 04:46 4 baxış
IMG

Peru Konqresində fəaliyyət göstərən Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin təşəbbüsü ilə bu ölkənin Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü münasibətilə dünya azərbaycanlılarına ünvanlanan təbrik bəyanatı qəbul edib.

Bu barədə "Report"a Azərbaycanın Perudakı Səfirliyindən bildirilib.

Bəyanatda Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlara bərabər hüquqlar təmin edən respublika olmaqla, Şərqin ilk demokratik dövləti olduğu vurğulanır. Eyni zamanda, Azərbaycanda bütün dinlərin və etnik qrupların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı qeyd edilir.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikası iqtisadiyyat, enerji, texnologiya, təhsil və sosial sahələrdə mühüm nailiyyətlər əldə edib, hazırda isə Qafqaz regionunda lider mövqeyini daha da möhkəmləndirərək beynəlxalq əlaqələrini genişləndirir.

Bəyanatda həmçinin Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin 1996-cı ildə qurulduğu və respublikamızın Peru üçün mühüm tərəfdaş olduğu vurğulanır.

Mənbə: report.az

Xəbər lenti