IMG-LOGO

"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub

28 May 2026 01:00 4 baxış
IMG

UEFA Konfrans Liqasının qalibi məlum olub.

"Report" xəbər verir ki, final matçında İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" komandaları üz-üzə gəlib.

Oyun Almaniyanın Leypsiq şəhərindəki "Red Bull Arena"da keçirilib və "Kristal Pelas"ın qələbəsi ilə başa çatıb – 1:0. Matçda yeganə qolu 51-ci dəqiqədə Jan-Filip Mateta vurub.

Qarşılaşmanı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edib.

Xatırladaq ki, "Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olduğundan növbəti mövsüm üçün UEFA Avropa Liqasının əsas mərhələsində iştirak hüququ qazanacaq.

Mənbə: report.az

Xəbər lenti