IMG-LOGO

Paşinyan Ermənistan ərazisindən qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb

27 May 2026 23:34 5 baxış
IMG

Ermənistan Baş naziri Nikol Paşinyan respublika ərazisindən tranzit qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb.

"Report" xəbər verir ki, o bunu seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüşdə bəyan edib.

"Ölkəmizin ərazisindən qaz kəməri keçəcək, biz bu tranzitə görə qaz alacağıq", - Ermənistan Baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan artıq şərqdən qərbə dəmir yolu əlaqəsinə malikdir, həmçinin Axalkalaki - Qars dəmir yoluna çıxışı var.

O həmçinin qeyd edib ki, Azərbaycan ərazisindən keçən dəmir yolu açılıb və yaxın zamanda TRIPP layihəsi ("Tramp marşrutu") fəaliyyətə başlayacaq.

Mənbə: report.az

Xəbər lenti