IMG-LOGO

Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək

27 May 2026 19:01 5 baxış
IMG

Sabah Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu ölkəyə 2 vaqon karbamid və 1 vaqon un göndəriləcək.

Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Mənbə: report.az

Xəbər lenti