IMG-LOGO

Bundesliqanın ən bahalı oyunçuları - REYTİNQ

27 May 2026 17:39 2 baxış
IMG
2 0

Futbolçuların transfer dəyərini qiymətləndirən Transfermarkt portalı 2025/2026 mövsümünün başa çatmasından sonra Bundesliqa üzrə bazar dəyəri yenilənmələrini açıqlayıb.

Lent.az xəbər verir ki, ən çox bahalaşan futbolçu Yan Diomande olub. “RB Leyptsiq”in 19 yaşlı hücumçusunun transfer dəyəri 15 milyon avro artaraq 90 milyon avroya çatıb.

Reytinqə həmçinin Maykl Olis daxil olub. “Bayern Münhen”in hücumçusunun bazar dəyəri 10 milyon avro artıb. Eyni zamanda Jobe Bellinqam də 10 milyon avro bahalaşıb. “Borussia Dortmund”un yarımmüdafiəçisinin yeni qiyməti 40 milyon avro təşkil edir.

2025/2026 mövsümündə Bundesliqada ən çox bahalaşan 10 futbolçu (Transfermarkt, 27 may 2026):

Yan Diomande (RB Leyptsiq) — 90 milyon avro (+15 milyon avro) Aleksandar Pavloviç (Bayern Münhen) — 90 milyon avro (+15 milyon avro) Johan Manzambi (Frayburq) — 50 milyon avro (+15 milyon avro) Kaişu Sano (Maynts) — 40 milyon avro (+15 milyon avro) İqor Matanoviç (Frayburq) — 22 milyon avro (+12 milyon avro) Samuele İnasyo (Borussiya Dortmund) — 15 milyon avro (+12 milyon avro) Maykl Olis (Bayern Münhen) — 150 milyon avro (+10 milyon avro) Said El Mala (Köln) — 45 milyon avro (+10 milyon avro) Jobe Bellinqam (Borussiya Dortmund) — 40 milyon avro (+10 milyon avro) Xristof Baumqartner (RB Leyptsiq) — 40 milyon avro (+10 milyon avro) İdman xəbərləri futbol xəbərləri

Mənbə: lent.az

Xəbər lenti