IMG-LOGO

Zelenski Trampa hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə bağlı təcili məktub göndərib

27 May 2026 17:57 5 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa və ABŞ Konqresinə ölkədə hava hücumundan müdafiə (HHM) sistemlərinin çatışmazlığı barədə məktub göndərib.

"Report"un "İnterfaks-Ukrayna" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezidentin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin məlumat verib.

"Bəli, ABŞ Prezidentinə və Konqresə, orada iki ünvan var", – Litvin jurnalistlərə müvafiq suala cavab verərək bildirib.

Mənbə: report.az

Xəbər lenti