IMG-LOGO

Saxta xamanı necə tanımaq olar?

27 May 2026 16:41 3 baxış
IMG
0 0

Mağazadan xama alan istehlakçılar bəzən keyfiyyətsiz və ya saxta məhsulla qarşılaşa bilirlər. İstehsalçılar süd yağının çatışmazlığını müxtəlif kimyəvi əlavələr və aromatizatorlarla gizlətməyi bacarırlar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə qida eksperti danışıb.

Mütəxəssisin sözlərinə görə, məhsulun həqiqi dadını və keyfiyyətini anlamaq üçün onu soyuducudan çıxarıb otaq temperaturuna qədər gözləmək lazımdır. Soyuq halda xama öz real xüsusiyyətlərini gizlədə bilər.

“Xamanın dadını düzgün qiymətləndirmək üçün onu otaq temperaturuna qədər isinməyə qoymağı tövsiyə edirəm. İsidikcə məhsulun dadı daha aydın hiss olunur və reseptorlarımız buna daha həssas reaksiya verir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, məhsulun keyfiyyətini müəyyən etməyin ən sadə yollarından biri qoxudur. Xüsusilə qeyri-süd yağlarının istifadəsini qoxu vasitəsilə anlamaq mümkündür.

“Əgər xamanın qoxusu qənnadı məhsullarını xatırladırsa, bu, aromatizatorlardan istifadə olunduğunu göstərə bilər”, – deyə mütəxəssis vurğulayıb.

Ekspert qeyd edib ki, həqiqi mağaza xaması ev xaması kimi kəskin və şirin qoxu verməməlidir. Əks halda, istehsalçı süd yağının azlığını və ya olmamasını gizlətmək üçün əlavə ətirləndiricilərdən istifadə etmiş ola bilər.

“Əgər xamadan tort və ya şirniyyat qoxusuna bənzər qoxu gəlirsə, bu artıq məhsulun saxtalaşdırılması ilə bağlı şübhə yaratmaq üçün əsasdır”, – deyə o əlavə edib.

Bundan başqa, istehsalçılar məhsulun görünüşünü yaxşılaşdırmaq üçün müxtəlif qatılaşdırıcılardan da istifadə edə bilirlər. Bunlara quar və ksantan qatqıları, keçibuynuzu qatranı, dəniz yosunlarından əldə edilən əlavələr, eləcə də nişasta daxildir.

Mütəxəssis bildirib ki, əvvəllər geniş yayılmış yod testi artıq saxta məhsulları müəyyən etmək üçün etibarlı üsul hesab edilmir. Çünki müasir texnologiyalar məhsulların saxtalaşdırılmasını daha mürəkkəb edib.

Sonda ekspertlər xatırladıblar ki, qatıq gündəlik istifadə üçün xamadan daha faydalı hesab olunur. Bunun əsas səbəbi qatığın bağırsaq mikroflorasını dəstəkləyən probiotiklərlə zəngin olmasıdır.

Xama da faydalı vitamin və yağlar ehtiva etsə də, mütəxəssislər onu daha çox yeməklərə əlavə kimi və ölçülü şəkildə istifadə etməyi məsləhət görürlər.

Xama qida

Mənbə: lent.az

Xəbər lenti