IMG-LOGO

Haaqa meri Bakıda WUF13-ün təşkilini yüksək qiymətləndirib

27 May 2026 16:35 4 baxış
IMG

Haaqa meri Yan van Zanen 17-22 may tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkilini yüksək qiymətləndirib.

"Report"un Azərbaycanın Niderlanddakı səfirliyinə istinadən verdiyi məlumata görə, Yan van Zanen bunu Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən Müstəqillik Günü münasibətilə təşkil edilən rəsmi qəbulda bəyan edib.

Yan van Zanen Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edərək WUF13-də Niderland nümayəndə heyətinin rəhbəri qismində Bakıya səfərindən təəssüratlarını bölüşüb.

O, forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və Niderlandın forumun işində fəal iştirakını vurğulayıb.

Mer, həmçinin forum çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd edib və Azərbaycanın inkişafının, Bakının zəngin tarixi-mədəni irsinin və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli potensialının ona dərin təəssürat bağışladığını bəyan edib.

Mənbə: report.az

Xəbər lenti