İspaniyanın "Valensiya" klubunun futbolçusu Larci Ramazaninin evi qarət edilib.
"Report" "Las Provincias" nəşrinə istinadən xəbər verir ki, hadisə La Liqanın XXXVIII turunda komandanın "Barselona"ya qarşı keçirdiyi oyun zamanı baş verib.
Oğrular pəncərədən evə daxil olublar. Binada quraşdırılmış siqnalizasiya sistemi isə hər hansı səbəbdən aktivləşməyib.
25 yaşlı belçikalı yarımmüdafiəçinin evindən nəğd pul və qızıl əşyalar aparılıb. Dəyən maddi ziyanın təxminən 100 min avro olduğu bildirilib.
Xatırladaq ki, müqavilə ilə İngiltərə təmsilçisi "Lids"ə məxsus olan Larci Ramazani icarə əsasən "Valensiya"da çıxış edib.
Mənbə: report.az