Tuapsedə (Rusiya) dəniz terminalında Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı "Telegram"da məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində yaralanan olmayıb. PUA-ların fraqmentlərinin düşməsi nəticəsində baş verən yanğın operativ şəkildə söndürülüb.
Yanğının söndürülməsinə 80-dən çox insan və Rusiyanın Fövqəladə Hallar Nazirliyi də daxil olmaqla 25 texnika cəlb edilib.
Mənbə: report.az