IMG-LOGO

Azərbaycan I Liqasına vəsiqə uğrunda həlledici oyun bu gün baş tutacaq

27 May 2026 09:24 2 baxış
IMG

Futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu bu gün keçiriləcək.

"Report"un məlumatına görə, "Şimal" - "Qaradağ Lökbatan" matçı Şamaxı şəhər stadionunda təşkil olunacaq.

Saat 16:00-da start götürəcək görüşdə VAR sistemi də tətbiq ediləcək.

Xatırladaq ki, "Şimal" cari mövsüm I Liqanı 11-ci, "Qaradağ Lökbatan" isə II Liqanı 2-ci pillədə başa vurub.

Mənbə: report.az

Xəbər lenti