IMG-LOGO

Minifutbol üzrə Avropa çempionatı start götürür

27 May 2026 10:03 4 baxış
IMG

Slovakiyanın paytaxtı Bratislavada minifutbol üzrə Avropa çempionatı bu gün start götürəcək.

"Report"un məlumatına görə, yarışın ilk günündə 9 qarşılaşma baş tutacaq.

C qrupunda yer alan Türkiyə seçməsi Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək.

Azərbaycan millisi ilk oyununu mayın 28-də Avstriya komandasına qarşı keçirəcək. "Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunda İtaliya və Fransa ilə də münasibətlərə aydınlıq gətirəcək.

Mənbə: report.az

Xəbər lenti