"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinin DÇ-2026 üçün yekun heyətinə dəvət alıb.
Tovuz klubundan "Report"a verilən məlumata görə, yığmanın baş məşqçisi Tomas Kristiansen mundiala yollanacaq heyətə 34 yaşlı müdafiəçinin də adıını daxil edib.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Panama millisi L qrupunda Xorvatiya, İngiltərə və Qana ilə mübarizə aparacaq.
Mənbə: report.az