IMG-LOGO

Qvardiola "Mançester Siti"də ən böyük peşmanlığını AÇIQLADI: bir oyunçuya şans verməmək

26 May 2026 19:20 3 baxış
IMG
58 0

"Mançester Siti" rəsmi olaraq Pep Qvardiolanın klubda 10 illik fəaliyyətindən sonra baş məşqçi vəzifəsindən gedəcəyini təsdiqləyib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı səmimi bir müsahibəsində hələ də ən çox peşman olduğu qərarı açıqlayıb.

O, 2016-cı ildə karyerasının əvvəlində qapıçı Co Hartın komandadakı yerini itirib icarəyə göndərildikdən sonra ona qarşı necə sərt davrandığını xatırladıb.

"Etiraf etmək istəyirəm. Peşmanam. Çox qərar verəndə səhv edirsən. İllərdir dərin bir peşmançılığım var: Co Harta yaxşı qapıçı olsa da, öz dəyərini sübut etmək üçün şans vermədim. Və mən bunu etməli idim.

Klaudio Bravoya, Edersona tam hörmətim var - o, gələndə vacib idi. Bəzən kifayət qədər ədalətli deyiləm. Şübhələrim olanda insanlarla danışıram, amma o vaxtlar bunun düzgün hərəkət olduğuna 100 faiz əmin idim. Klub bu işdə məni dəstəklədi".  

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti