Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti və bəzi ərazilərə yağan güclü dolu nəticəsində "Bakı metropoliteni"ndə sərnişin axınında artım qeydə alınıb.
"Bakı Metropoliteni"ndən Lent.az-a bildirilib ki, hazırda enerji təchizatında yaranmış gərginlik düşməsi səbəbindən qatarların hərəkət intervalında 1-2 dəqiqəlik yubanmalar müşahidə olunur.
Metropolitenin bütün aidiyyəti xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir, alternativ enerji mənbəyi kimi dizel generatorlar hazır vəziyyətdə saxlanılıb.
Sərnişinlərdən anlayış göstərmələri və stansiyalarda təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur.
metropolitenMənbə: lent.az