IMG-LOGO

Şabranda sel sularının avtomobil yollarında yaratdığı fəsadlar aradan qaldırılır

26 May 2026 15:43 5 baxış
IMG

Şabranın Düzbilici-Vələsi-Çinarlar yolunun 5 və 8-ci kilometrində, həmçinin Şabran-Qalaaltı yolunun 6-cı kilometrində bərpa işləri aparılır.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, ərazilərdə qazıntı və əks-dolğu işləri aparılır, suötürücü borular bərpa edilir. Yaranmış problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülür. Məqsəd nəqliyyat əlaqəsinin qısa müddətdə tam bərpası və hərəkətin təhlükəsiz şəkildə təşkilidir. Sel sularının yarada biləcəyi təhlükələrin qarşısını almaq üçün qabaqlayıcı addımlar atılır.

Mənbə: report.az

Xəbər lenti