Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 May - Müstəqillik Günü, o cümlədən Qurban bayramı münasibətilə təbrik edib.
"Report"un xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında məlumat verib.
O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilməsini təklif edib.
Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.
Mənbə: report.az