IMG-LOGO

Azərbaycanda bu kəndə aylarla günəş işığı düşmür: Meşənin içində "gizlənən" 7 ailənin həyatı - VİDEOREPORTAJ

26 May 2026 13:51 4 baxış
IMG

Astarada meşənin içərisində gizlənən və cəmi yeddi ailənin yaşadığı Siyov adlı bir kənd var.

Bu yaşayış məntəqəsinə piyada, ya da atla getmək mümkündür. Ona görə ki, kəndə getmək üçün heç bir avtomobil yolu yoxdur. Bura Astaranın məşhur Sım kəndindən təqribən 6,5 kilometr məsafədə yerləşir.

Kənd sakinləri nəqliyyat vasitəsi kimi atdan, yaxud qatırdan istifadə edirlər. Yağışlı və qarlı hava şəraitində isə hərəkət olduqca çətinləşir. Kənddə elektrik enerjinə tələbatı ödəmək üçün günəş panellərindən istifadə olunur. Gün ərzində toplanan enerji akkumulyatorlarda saxlanılır və axşam saatlarında evlərin işıqlandırılmasına sərf edilir.

"Report"un əməkdaşları Siyov kəndində olub, onun gözəlliyi, insanların həyat tərzi ilə bağlı videoreportaj hazırlayıb.

Kənddən hazırladığımız videoreportajı təqdim edirik:

Azərbaycanda bu kəndə aylarla günəş işığı düşmür: Meşənin içində "gizlənən" 7 ailənin həyatı - VİDEOREPORTAJ

Mənbə: report.az

Xəbər lenti