İran ABŞ-dən 24 milyard dollar məbləğində aktivlərinin blokdan çıxarılmasını tələb etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Bu məsələ İran tərəfinin Yaxın Şərqdəki münaqişənin nizamlanmasına dair irəli sürdüyü təkliflərin bəndlərindən biridir.
Mənbənin məlumatına görə, Tehran bu məbləğin 12 milyard dollarının anlaşma memorandumu imzalandıqdan sonra, qalan hissəsinin isə 60 gün ərzində blokdan çıxarılmasını tələb edir.
Mənbə: report.az