IMG-LOGO

AZPROMO-nun rəhbəri: "Ermənistanla sülh sazişi Azərbaycan üçün yeni investisiya imkanları yaradacaq"

26 May 2026 12:38 3 baxış
IMG

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması yeni investisiya perspektivlərinin yaranmasına təkan verəcək.

"Report"un məlumatına görə, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev "Xəzər regionuna investisiyalar" adlı işgüzar paneldə bildirib.

Y.Abdullayev qeyd edib ki, ötən ilin avqustun 8-də Azərbaycan və Ermənistan birgə bəyannamə imzalayıb: "Bu, Ermənistanla qarşılıqlı münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcı olub. Sülh sazişi faktiki olaraq hazırlanıb və əminəm ki, onun imzalanmasından sonra yeni investisiya imkanları yaranacaq. Logistika baxımından Zəngəzur dəhlizinin işə salınması Azərbaycana investisiyaların cəlb edilməsi üçün böyük əhəmiyyət kəsb edəcək".

Mənbə: report.az

Xəbər lenti