Sabah Qurban bayramıdır. Bir çox insan bayramdan əvvəl bazarlardan qurbanlıq heyvan alırlar.
Bəs görəsən, heyvan kəsimdən əvvəl ölərsə, bu halda nə etmək lazımdır?
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Diyanet İşləri Başkanlığı qurbanlığın ölümündən sonra tətbiq olunacaq qaydaları izah edib.
O bildirib ki, dini qaydalara əsasən, satın alınan qurbanlıq heyvan bayramdan əvvəl və ya kəsilmədən öncə ölərsə, hökm həmin şəxsin maddi vəziyyətinə görə dəyişir:
"Maddi imkanı yerində olan şəxsin yenidən başqa bir heyvan alaraq qurban kəsməsi tələb olunur. Çünki bu halda vacib olan qurban ibadəti yerinə yetirilmiş hesab edilmir. Lakin maddi imkanı zəif olan, yəni kasıb hesab edilən şəxslər üçün vəziyyət fərqlidir. Dini mənbələrə görə, kasıb şəxslərə qurban kəsmək vacib olmadığından, satın aldıqları heyvan öldüyü halda yenidən qurbanlıq almaq məcburiyyəti yaranmır. Çünki həmin şəxs yalnız aldığı heyvanı qurban kəsməyi öz üzərinə götürmüş sayılır və heyvanın ölməsi ilə bu məsuliyyət də aradan qalxır".
Qurban bayramı Qurbanlıq heyvanMənbə: lent.az