IMG-LOGO

Müctəba Xamenei üz, baş və ayağından xəsarət alıb - RƏSMİ AÇIQLAMA

25 May 2026 14:09 2 baxış
IMG
0 0

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei üz, baş və ayaq nahiyələrindən yüngül xəsarətlər alıb.

Lent.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kərmanpur bildirib.

Kərmanpurun sözlərinə görə, ilkin təsəvvür belə olub ki, bu cür bombardmandan çıxan birinin bədənində ciddi xəsarətlər olmalıdır, lakin üz, baş və ayaqlardakı səthi zədələr istisna olmaqla, başqa heç bir ciddi hal qeydə alınmayıb və yalnız bir-iki tikişin qoyulmasına ehtiyac olub.

Kərmanpur əlavə edib ki, İranın Ali Rəhbəri mart ayının əvvəlində xəstəxanadan buraxılıb. /APA

Seyid Müctəba Xamenei

Mənbə: lent.az

Xəbər lenti