IMG-LOGO

Rumıniya 4 ayda Azərbaycandan 460 min tondan çox neft alıb

25 May 2026 12:45 2 baxış
IMG

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Rumıniyaya 461 min 317,25 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 247 milyon 844,98 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 4 ayı ilə müqayisədə 7,8 %, dəyəri isə 11,5 % azdır.

Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 5,82 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 4 milyard 365 milyon 297,57 min ABŞ dolları olan 7 milyon 923 min 086,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Mənbə: report.az

Xəbər lenti