Bakı Enerji Forumunda 700-dən çox nümayəndənin iştirakı gözlənilir.
"Report" xəbər verir ki, bunu Bakı Enerji Həftəsinin layihə rəhbəri Nailə Əliyeva sərgiyə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Forum çərçivəsində 60-dan çox beynəlxalq spikerin də iştirakı gözlənilir:
"Forum iyunun 1-2-də keçiriləcək və ilk dəfə açılış mərasimi Bakı Ekspo Mərkəzində təşkil olunacaq. Daha sonra əsas sessiyalar Bakı Konqres Mərkəzində davam edəcək. Forum çərçivəsində enerji təhlükəsizliyi, "yaşıl enerji", regional əməkdaşlıq, rəqəmsallaşma, süni intellekt və dayanıqlı enerji sistemləri ilə bağlı aktual məsələlər müzakirə ediləcək. ABŞ-dən bir neçə iri neft-qaz şirkəti də forumda iştirak etmək üçün maraq göstərib".
O əlavə edib ki, sərgidə neft və qaz yataqlarının işlənilməsi, qazma texnologiyaları, boru kəmərləri, rəqəmsal həllər, süni intellekt və dekarbonizasiya sahəsində yeniliklər təqdim olunacaq: "Caspian Power" sərgisində isə günəş və külək enerjisi, hidrogen texnologiyaları, elektrik nəqliyyatı, enerji səmərəliliyi və "yaşıl enerji" layihələri nümayiş etdiriləcək".
Mənbə: report.az