IMG-LOGO

İndoneziyada ildırım vurması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

25 May 2026 09:32 2 baxış
IMG

İndoneziyanın Cənubi Sulavesi əyalətindəki Monrolo dağının zirvəsində ildırım vurması nəticəsində 1 turist ölüb, 4 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə ANTARA agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Makassar axtarış-xilasetmə idarəsinin rəhbəri Məhəmməd Arif Ənvərin məlumatına görə, faciə mayın 24-ü axşam, beş turistdən ibarət qrupun hündürlüyü təxminən 1 109 metr olan Monrolo dağının zirvəsinə qalxdığı zaman baş verib.

Xəsarət alanların və ölən şəxsin meyitinin təxliyəsi üçün 40-dan çox axtarış-xilasetmə xidməti əməkdaşı, yanğınsöndürən, tibb işçisi və könüllü göndərilib.

Mənbə: report.az

Xəbər lenti