IMG-LOGO

Küləklə bağlı XƏBƏRDARLIQ

24 May 2026 16:03 5 baxış
IMG
0 0

Milli Hidrometeorologiya Xidməti mayın 25-də Bakıda və Abşeron yarımadasında, 25-27-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Ağdam, Gədəbəy, Göygöl, Samux, Zərdab, Sabirabad, Göyçay, İmişli, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Saatlı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

hava külək

Mənbə: lent.az

Xəbər lenti