IMG-LOGO

Zelenski: Rusiya ordusu sutka ərzində Ukraynaya 90 raket və yüzlərlə dronla kütləvi zərbə endirib

24 May 2026 13:52 3 baxış
IMG

Rusiya ordusunun Ukrayna ərazisinə genişmiqyaslı hücumu nəticəsində bir sutka ərzində 83 nəfər xəsarət alıb, bir neçə nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.

"Zərbə ağır oldu - 36-sı ballistik olmaqla, müxtəlif tipli 90 raket, 600-dən çox dron buraxılıb. Təəssüf ki, bütün ballistik raketləri vurmaq mümkün olmayıb. Ən çox hədəfə dəymə halı Kiyevdə qeydə alınıb və Rusiya hücumunun əsas hədəfi məhz Kiyev olub. Hazırda məlumdur ki, sutkanın əvvəlindən azı 83 nəfər xəsarət alıb. Təəssüf ki, həlak olanlar da var", - paylaşımda bildirilib.

Onun sözlərinə görə, Rusiya qoşunları Ukraynadakı mülki obyektlərə inadla hücum etməyə davam edir.

"Su təchizatı obyektinə üç Rusiya raketi atılıb, bazar yanıb, onlarla yaşayış binası və bir neçə məktəb zədələnib. Belaya Tserkov şəhəri "Oreşnik"lə hücuma məruz qalıb. Rusiyanın bu əməllərinin nəticəsiz qalmaması vacibdir", - deyə o vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti