Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev çıxış edəcəyi hər komandaya xeyir verəcək.
"Report" xəbər verir ki, bu barədə yığmanın kapitanı Emin Mahmudov "Report"a müsahibəsində bildirib.
34 yaşlı yarımmüdafiəçi "Qarabağ"da çıxış oyunçunun transferə çıxırılması ilə bağlı fikirlərini bölüşüb:
"Elvinlə münasibətim çox yaxşıdır. Lakin bu barədə nəsə deyə bilmərəm. Yaxşı olar ki, Elvin özü karyerası ilə bağlı doğru qərarı versin. Onun barədə düşüncələrim çox pozitivdir. Elvin Cəfərquliyev Azərbaycan futbolunun son dövrlərdə yetişdirdiyi ən yaxşı sol cinah müdafiəçilərindən biridir. Yığmada da ən yaxşı oyunçulardan hesab edilir. Çıxış edəcəyi hər komandaya xeyir verəcəyini düşünürəm".
Xatırladaq ki, Elvin Cəfərquliyev intizam qaydalarını pozduqları üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.
Emin Mahmudovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Mənbə: report.az