IMG-LOGO

Gəncədə dönərxana yanıb külə döndü

02 Apr 2024 21:39 141 baxış
IMG

Gəncədə yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən dönərxanada anidən yanğın olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Mənbə: lent.az

Xəbər lenti