"Qəbələ" Azərbaycan Premyer Liqasının pley-off oyununa ciddi hazırlaşacaq.
"Report" xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının sonuncu - XXXIII turunda "Şamaxı"ya qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Futbolçuları qələbə münasibətilə təbrik edirəm. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti yox idi. Amma azarkeşləri sevindirmək istəyirdik. Sona qədər dəstək olduqları üçün onlara təşəkkür edirəm. Gözəl qollar vurduq. Amma pley-off matçından öncə heç bir halda arxayınlaşmaq olmaz. Qarşıdakı oyuna ciddi hazırlaşmalıyıq".
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilən "Qəbələ" - "Şamaxı" oyunu ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
Mənbə: report.az