IMG-LOGO

"Portu" 41 yaşlı Tiaqu Silva ilə yolları ayırdığını açıqlayıb

21 May 2026 17:39 2 baxış
IMG

Portuqaliyanın "Portu" klubu braziliyalı müdafiəçisi Tiaqu Silva ilə yolları ayırdığını rəsmən açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "əjdahalar" 41 yaşlı futbolçunun başa çatan müqavilə müddətinin uzadılmayacağını bəyan ediblər.

Tiaqu Silva son mövsümdə "Portu"nun heyətində 14 matça çıxıb və Portuqaliya çempionu adını qazanıb.

Qeyd edək ki, təcrübəli müdafiəçi karyerası ərzində İtaliyanın "Milan", Fransanın PSJ, İngiltərənin "Çelsi" və Braziliyanın "Fluminense" klublarında çıxış edib. O, 2005-ci ildə Rusiyanın "Dinamo" (Moskva) komandasının heyətində yer alsa da, heç bir rəsmi oyuna çıxmayıb.

Mənbə: report.az

Xəbər lenti