IMG-LOGO

Ukrayna səfiri göstərilən dəstəyə görə Azərbaycana minnətdarlıq edib

21 May 2026 16:47 3 baxış
IMG

Xarkov şəhəri Ukraynanın davamlılığının və müqavimətinin əsas simvollarından birinə çevrilib.

"Report" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlərin yenidən qurulması və Gələcək Şəhər" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Xarkov Ukraynanın yaşadığını, bərpa olunduğunu və qalib gələcəyini göstərir: "Şəhər cəbhə xəttinin yaxınlığında yerləşməsinə baxmayaraq fəaliyyətini davam etdirir. İkinci Dünya müharibəsindən sonra ən böyük dağıntıları yaşayırıq. Bu gün biz müharibə davam etdiyi halda bərpadan danışırıq. Ukrayna şəhərlərinin yenidən qurulması üçün beynəlxalq dəstəyin artırılması vacibdir".

Səfir Azərbaycana göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Mənbə: report.az

Xəbər lenti