IMG-LOGO

Fransa Liqa 1-ə vəsiqə uğrunda keçiriləcək oyuna azarkeş buraxılmayacaq

21 May 2026 14:50 2 baxış
IMG

Fransa Liqa 1-ə vəsiqə uğrunda pley-off mərhələsinin ikinci oyunu azarkeşsiz keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə sözügedən ölkənin Peşəkar Futbol Liqası qərar qəbul edib.

Fanatlar "Nitsa"nın "Sent-Etyen"lə cavab matçına buraxılmayacaqlar. Buna səbəb "Nitsa" tərəfdarlarının XXXIV turda "Mets"lə qarşılaşmadan (0:0) sonra meydana daxil olması, görüş ərzində pirotexniki vasitələrdən istifadə etməsi səbəb kimi göstərilib.

Fransa Peşəkar Futbol Liqası kluba biri şərti olmaqla iki oyunluq cəza verib. Qarşı tərəf isə qərardan apelyasiya şikayəti verib.

Xatırladaq ki, "Sent-Etyen" və "Nitsa" arasındakı ilk oyun mayın 26-da, cavab matçı isə 29-da keçiriləcək.

Mənbə: report.az

Xəbər lenti