IMG-LOGO

Xosep Qvardiolanın xələfi üçün 200 milyonluq transfer büdcəsi nəzərdə tutub

21 May 2026 12:50 4 baxış
IMG

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçi Xosep Qvardiolanın xələfi üçün nəzərdə tutduğu transfer büdcəsi bəlli olub.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" yayda yeni futbolçuların alınması məqsədilə italiyalı mütəxəssis Entso Mareskaya təxminən 200 milyon funt sterlinq ayırmağa hazırdır.

Mançester təmsilçisinin əsas transfer hədəfləri arasında Elliot Anderson ("Nottinqem Forest"), Maykl Kayode ("Brentford") və Eli Junior Krupi ("Bornmut") var.

Xatırladaq ki, 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisi olan Xosep Qvardiolanın mövsümün sonunda klubdan ayrılacağı gözlənilir. Onu əvəzləyəcək Entso Mareska daha əvvəl bu komandada Qvardiolanın köməkçisi olub.

Mənbə: report.az

Xəbər lenti