IMG-LOGO

Anaklaudia Rossbax: "Düzgün mənzil siyasəti su ehtiyatlarının qorunmasına töhfə verəcək"

21 May 2026 12:59 3 baxış
IMG

Mənzil siyasətinin düzgün qurulması su ehtiyatlarının qorunmasına töhfə verəcək.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Su Konfransı: Şəhər Mənzil Sektorunun İnkişaf Yol Xəritəsi" adlı deyib.

Onun sözlərinə görə, urbanizasiyanın düzgün idarə olunması və mənzil siyasətinin effektiv qurulması təbii resurslara, xüsusilə su ehtiyatlarına təzyiqin azalmasına imkan yaradır: "Əgər urbanizasiyanı düzgün idarə etsək və mənzil siyasətini düzgün qursaq, su ehtiyatlarını da avtomatik olaraq qorumuş olarıq. Hazırda urbanizasiya prosesləri təbiətlə uyğun şəkildə aparılmır və bu da su resursları üzərində əlavə yük yaradır".

O qeyd edib ki, şəhərlərin davamlı planlaşdırılması həm ətraf mühitin qorunması, həm də su təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbə: report.az

Xəbər lenti