IMG-LOGO

"Selta" 38 yaşlı Yaqo Aspasla müqavilənin müddətini uzadıb

21 May 2026 12:59 3 baxış
IMG

İspaniyanın "Selta" klubu hücumçusu Yaqo Aspasla müqavilənin müddətini 2030-cu ilə qədər uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu daha 1 mövsüm meydanda komandanın uğurları üçün çalışacaq.

Təcrübəli oyunçunun karyerasını başa vurduqdan dərhal sonra klubun strukturunda fəaliyyətə başlayacağı bildirilib.

Qeyd edək ki, "Selta"nın yetirməsi olan Yaqo Aspas klub tarixində ən çox qol vuran və oyun keçirən futbolçudur.

Mənbə: report.az

Xəbər lenti