IMG-LOGO

Lüsi Erl: Humanitar təşkilatlar qeyri-rəsmi mənzil sahibliyi formalarını nəzərə almalıdır

21 May 2026 11:42 2 baxış
IMG

Mənzil hüquqlarının rəsmi təsdiqinə dair tələblər ən çox ehtiyacı olan insanların humanitar dəstəkdən kənarda qalmasına gətirib çıxarır.

"Report"un məlumatına görə, bunu Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun (IIED) tədqiqatlar və strateji təsir üzrə direktoru Lüsi Erl Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" mövzusunda panel müzakirəsində bəyan edib.

"Humanitar qurumlar çox vaxt mənzil dəstəyini yalnız mülkiyyət hüquqlarını sənədlə sübut edə bilənlərə göstərir, bununla da proqramlardan ən müdafiəsiz şəxsləri - icarəçiləri və torpaq sahələrində qeyri-rəsmi yaşayanları kənarlaşdırır", - L.Erl qeyd edib.

O vurğulayıb ki, humanitar icma fəaliyyət göstərdiyi hər bir konkret şəhərdə torpaq hüquqları sistemlərini və daşınmaz əmlaka sahib olmanın müxtəlif formalarını daha diqqətlə təhlil etməlidir.

"Mənzil və torpaq münasibətləri sahəsində ciddi hazırlıq işləri aparılmalıdır. Məhz rəsmi sənədləri olmayan insanlar çox vaxt ən çətin vəziyyətdə olur və eyni zamanda yardım proqramlarından kənarda qalır", - IIED-nin tədqiqatlar üzrə direktoru bəyan edib.

Mənbə: report.az

Xəbər lenti