IMG-LOGO

Read Qasımov: "WUF13 Azərbaycanın şəhər inkişafına innovativ yanaşmalara bağlılığını əks etdirir"

21 May 2026 11:47 2 baxış
IMG

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın şəhər transformasiyasına, beynəlxalq əməkdaşlığa və şəhər inkişafına innovativ yanaşmalara olan bağlılığını əks etdirir.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov WUF13 çərçivəsində təşkil olunmuş "İnkişafın yeni əsri" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, WUF13-ə Bakıda ev sahibliyi etmək Azərbaycan üçün böyük bir qürurdur: "Şəhərsalma və memarlıq milli inkişaf gündəliyimizin əsas prioritetlərindən birinə çevrilib. Bu öhdəlik 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli'" elan edilməsi ilə daha da gücləndirilub. Bu, şəhərlərin iqtisadi inkişafın, ətraf mühitin dayanıqlılığının və həyat keyfiyyətinin formalaşdırılmasındakı artan rolunu vurğulayan strateji bir qərardır".

Mənbə: report.az

Xəbər lenti